AZ

Böyük Britaniya Xəzər regionu ilə yaşıl enerji sahəsində əməkdaşlığı gücləndirməyə çalışır

Bakı. Trend:

Böyük Britaniya Xəzər regionu ilə yaşıl enerji sahəsindəəməkdaşlığı gücləndirmək niyyətindədir.

Trend xəbər verir ki, bubarədə Böyük Britaniya hökumətinin Beynəlxalq Enerji Bölməsinindirektor müavini Sofi Vestleyk Londonda keçirilən "Xəzər regionununenerji təhlükəsizliyi və COP29-un nəticələri" konfransında çıxışızamanı bildirib.

Sofi Vestleyk Böyük Britaniyanın enerji təhlükəsizliyinəyanaşması və bu prosesdə Xəzər regionunun rolu haqqında ətraflıməlumat verib. O, regiondan qaz tədarükünün Avropa üçünəhəmiyyətini, həmçinin Rusiya enerji resurslarından asılılığınazaldılması kontekstində bu tədarükün diversifikasiyasınınvacibliyini vurğulayıb.

"Biz regionun, o cümlədən Azərbaycanın qaz tədarükünündiversifikasiyasında artan rolunu görürük", – deyə direktor müaviniqeyd edib.

"Xəzər regionu enerji təhlükəsizliyində mühüm rol oynayır, lakinbiz gələcəkdə yaşıl enerji sahəsində daha sıx əməkdaşlıq görməkistərdik. Xəzər dənizində təxminən 845 qiqavatlıq potensial enerjigücü mövcuddur – bu, Avropaya yaşıl enerji ixracı üçün böyükpotensialdır və bu mövzu getdikcə daha da aktuallaşır", – deyəS.Vestleyk vurğulayıb.

O, həmçinin Böyük Britaniyanın qlobal enerji keçidindəliderliyini qeyd edib.

"Bu il G20 sammitində Böyük Britaniyanın Baş naziri qlobal'təmiz' enerji alyansı təşəbbüsünü təqdim etdi. Bu, BöyükBritaniyanın uğurlu təşəbbüslərini qlobal səviyyədə necə yaymaqbarədə bir ideyadır. Gələcəkdə biz mövcud fondlardan istifadəetməklə özəl kapitalı cəlb etmək və bu resursların mümkün qədəreffektiv istifadə edilməsinə fokuslanmaq istəyirik", – deyəS.Vestleyk vurğulayıb.

"Biz qazdan istifadəni davam etdirmək niyyətindəyik, lakin eynizamanda onun ətraf mühitə təsirini minimuma endirmək üçünçalışacağıq. Bu problemi həll etmək üçün regionla əməkdaşlığahazırıq", – deyə o yekunlaşdırıb.

Xəzər Siyasət Mərkəzinin (Caspian Policy Center) Böyük Britaniyaüzrə müşaviri Devid Moran isə Xəzər dənizi regionunun inkişafı vəmöhkəmlənməsi üçün Böyük Britaniya ilə əməkdaşlığın stratejiəhəmiyyətini vurğulayıb.

D.Moran, COP29-da iştirak təcrübəsinə əsaslanaraq, konfransınqlobal iqlim tədbirləri üçün əhəmiyyətini vurğulayıb.

"COP29 çərçivəsində böyük intellektual səylər sərf edildi vəkreativ maliyyələşdirmə, o cümlədən qarışıq maliyyələşdirmə və yasığorta haqqında bir çox müzakirələr aparıldı. COP29 'Xəzər COP-u'kimi tarixə düşdü, Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrinin iqlimtədbirləri sahəsində əməkdaşlığa qərarlılığını nümayiş etdirdi.Konfrans dünyanın bir çox ölkəsinin diqqətini cəlb etdi", - DevidMoran.

X: @Lyaman_Zeyn

Seçilən
51
2
az.trend.az

3Mənbələr