AZ

"Erkən nikah, qohumlar arası nikahın fəsadları" adlı tədbir keçirildi

Sabunçu Rayon İcra Hakimiyyəti və Bakı şəhəri 295 nömrəli tam orta məktəbin birgə təşkilatçılıgı ilə " Erkən nikah, qohumlar arası nikahın fəsadları " adlı tədbir keçirildi. Məktəbin direktoru Dilarə Cəbrayılova  erkən nigah probleminin  dünyanı narahat edən aktual problemlərdən olduğunu bildirdi. D.Cəbrayılova erkən nigaha daha çox məruz qalan qızların oldugunu, gələcəyin anası olacaq qızların elmli, təhsilli, savadlı, kamil, intellektli insan kimi yetişmısində məktəbin rolundan bəhs etdi.

Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Vəliyeva bu kimi halların aradan qaldırılması üçün müvafiq tədbirlər həyata keçirildiyini və mütəmadi olaraq belə tədbirlərin həyata keçirilməsini labüd olduğunu dilə gətirdi.Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Anar Qədiməliyev valideyn və şagirdlərə belə halların aradan qaldırılması üçün məktəb, ailə birliyinin olmasının vacibliyini söylədi. Şagirdlərə gələcək həyatlarını planlamaq üçün onlara təhsilin çox önəmli oldugunu vurğuladı.

Millət vəkilləri Pərvin Kərimzadə, Vüqar İskəndərov, Hüquqşünas Lətifə Əliyeva,  təhsil üzrə ekspert Sona Əliyeva , Nardaran Saglamlıq Mərkəzinin pediatoru Leyla Musayeva da öz çıxışlarında erkən nikah və onunla bağlı məsələlərə toxundular. Erkən nikahın fərdin psixi, mənəvi və bioloji cəhətdən inkişafına təsir edən, təhsildən yayındıran,sosiallaşmasına mane olan önəmli faktor olduğunu bildirdilər.

Seçilən
63
4
sabahinfo.az

5Mənbələr