Bakı. Trend:
Türkiyə - Azərbaycan dostluğu real gerçəkliyə çevrilib. Özgücümüzü daha inamlı dünyaya nümayiş etdirmək imkanıqazanmışıq.
Trend xəbər verir ki, bubarədə “İctimai diplomatiyada parlamentlərin rolu: Azərbaycan vəTürkiyə nümunəsi” adlı beynəlxalq dəyirmi masa müzakirəsi zamanıMilli Məclis sədrinin birinci müavini Əli Əhmədov deyib.
O qeyd edib ki, Türkiyə və Azərbaycan dünya birliyində qüvvətlidövlətlər kimi tanınır.
“Bugünki tədbirdə dostluq və qardaşlığımızın bir ifadəsidir.Parlament sadəcə olaraq, qanunları qəbul etmək üçün deyil, eynizamanda dövlətlər arasında əlaqələrin və münasibətlərin inkişafetməsi üçün böyük əhəmiyyət kəsb edir”,- deyə o bildirib.
Qeyd edək ki, bu gün Milli Məclisdə “Parlamentarizm: ənənələr vəperspektivlər” mövzusunda beynəlxalq parlament konfransıkeçirilib.
Tədbirdə 13 ölkənin parlamentindən və beynəlxalq təşkilatlardan100-ə yaxın nümayəndə iştirak edib.
Konfransda dünyada gedən proseslərdə parlamentlərin rolu,parlamentarizm ənənələrinin inkişafı, parlament diplomatiyasınınimkanları, parlament müstəvisində aparılan müzakirələrin dünyadakımüasir çağırışlara verə biləcəyi töhfələr barədə fikir mübadiləsiaparıb.