AZ

Qərbin pulu ilə özünə cah-cəlal quran “jurnalistlər” vətəninə, millətinə, dövlətinə, xalqına xəyanət edənlər —

Zaman-zaman Qərbin anti-Azərbaycan təbliğatının qurbanına çevrilənlər ifşa olunublar.

Qaçaqmalçılıq yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma-mütəşəkkil dəstə halında birləşməklə cinayət törədən “Demokratik Təşəbbüslər İnstitutu”, “Toplum TV”, “III Respublika” Platforması, “Abzas Media”, ardınca Meydan Tv. Dünən ölkəyə qeyri-qanuni xarici valyuta gətirməkdə ittiham olunan Meydan TV-nin bir qrup əməkdaşı saxlanılıb. Aralarında vətəndaş Ramin Cəbrayılzadə (Ramin Deko) də var ki, onun üzərindən 38 000 avro aşkarlanıb. 

Bu insanlar üçün milli ruh, torpağa, vətənə, xalqa sevgi yaddır. Qərbin bir sıra beynəlxalq donor təşkilatların əsirinə çevrilən bu kimi insanlar qranta qarant kimi baxırlar. Qərb onlardan öz məkrli planlarını həyata keçirmək üçün istifadə etməyə çalışır. Lakin ifşa olunurlar. Onların çoxu USAİD, NED, Fridrix Nauman, Marşall, İREX kimi donorların əlində alətə çevriliblər. Qeyd edək ki, USAİD bir növ ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (SİA) alt qurumu kimi fəaliyyət göstərərək, yardım adı ilə ayrı-ayrı ölkələrin daxili işlərinə qarışır, çevriliş və xaos üçün münbit şərait yaratmağa çalışır. USAİD ABŞ-ın ayrı-ayrı ölkələrin daxili işlərinə müdaxilə, istəmədiyi hakimiyyətlərin devrilməsi strategiyasında xüsusi rola malikdir. 2014-cü ildə USAID Azərbaycanda “müstəqil medianın inkişafı” üçün fantastik həcmdə – 2,4 milyon dollar məbləğində qrantın elan etmiş, qısa zamanda və qeyri-şəffaf formada həyata keçirilən müsabiqəyə yalnız özünün lazım bildiyi medialar buraxılmışdı.

Bu siyahıda yuxarıda adları çəkilən media orqanları da var. USAİD, NED, Fridrix Nauman, Marşall, İREX və digər bu kimi qurumlar Azərbaycanda da siyasi hakimiyyətə qarşı təzyiq vasitəsi kimi istifadə etmək üçün öz şəbəkəsini formalaşdırmağa çalışıb.

Qərbin qrantın göz dikən Ramin Deko kimi satqınlar vəsaiti birbaşa ölkəyə gətirə bilmədiklərindən Almaniyanın “Deutsche Bank and Commerzbank”, ABŞ-nin “US Citibank”, Avstriyanın “Raiffeisen Bank International”, Çexiyanın “UniCredit Bank Czech”, Gürcüstanın “TBK Group” banklarında açılmış hesablara müxtəlif xarici “donorlar” tərəfindən vəsaitlər köçürülüb. Köçürülən vəsaitlər Gürcüstanda bankomatlarda nağdlaşdırılıb. Şübhə doğurmamaq üçün hissə-hissə Azərbaycana gətirilib. 44 günlük müharibədən sonra Azərbaycanda iqtidar-xalq birliyinin daha da gücləndiyini anlayan ABŞ taktikasını dəyişərək ələbaxan müxalifətdən yox, milli dəyərlərə böyük təhlükə olan

Seçilən
30
7
demokrat.az

8Mənbələr