AZ

Üçüncü tərəflər Ermənistanı silahlandıraraq sülh danışıqlarına zərər verməməlidir - TBMM rəsmisi

Bakı. Trend:

Azərbaycan öz torpaqlarını erməni işğalından azad etdi. Lakinbəzi dairələr elə bir propaqanda apardılar ki, sanki o torpaqlarAzərbaycanın deyildi.

Trend xəbər verir ki, bubarədə Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələrkomitəsinin sədri Fuat Oktay “İctimai diplomatiyada parlamentlərinrolu: Azərbaycan və Türkiyə nümunəsi” adlı beynəlxalq dəyirmi masamüzakirəsi zamanı deyib.

O qeyd edib ki, ATƏT-in Minsk Qrupu 30 il ərzində Azərbaycanüçün ədaləti bərpa etmədi.

“İndi Azərbaycan və Ermənistan danışıqlar aparır. Üçüncütərəflər sülhə təşviq etmədiyi müddətcə onların arasınagirməməlidir. Ermənistanı silahlandıraraq sülh danışıqlarına zərərverməməlidirlər”,- deyə o bildirib.

F.Oktay əlavə edib ki, parlamentlərarası əlaqə Azərbaycan vəTürkiyə dostluğuna mühim töhfə verir.

“Biz hər zaman bir-birimizin yanındayıq. Beynəlxalq nizamın buqədər xaos içərisində olduğu dövrdə Azərbaycan və Türkiyə hər zamanvə hər şəraitdə bir-birinə dəstəkdir. Biz Bakını Ankaradan, Ağdaşıİzmirindən ayrı görmürük və bu mümkün deyil”,- deyə F.Oktayvurğulayıb.

Qeyd edək ki, bu gün Milli Məclisdə “Parlamentarizm: ənənələr vəperspektivlər” mövzusunda beynəlxalq parlament konfransıkeçirilib.

Tədbirdə 13 ölkənin parlamentindən və beynəlxalq təşkilatlardan100-ə yaxın nümayəndə iştirak edib.

Konfransda dünyada gedən proseslərdə parlamentlərin rolu,parlamentarizm ənənələrinin inkişafı, parlament diplomatiyasınınimkanları, parlament müstəvisində aparılan müzakirələrin dünyadakımüasir çağırışlara verə biləcəyi töhfələr barədə fikir mübadiləsiaparıb.

Məqalədə:
Seçilən
78
3
az.trend.az

4Mənbələr