AZ

Elmar Baxşıyev: “İndiki durumda çempionluğu düşünmürəm”

Misli Premyer Liqasının XVI turunun "Səbail" - "Araz-Naxçıvan" matçından (0:2) sonra qonaqların baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.

"Təxmin edirdik ki, bizi ağır oyun gözləyir. Sintetik meydançada oynayırdıq. Ona görə komandamı daha ağır matça kökləyirdik. Görüşə istədiyimiz kimi başlamadıq. Amma getdikcə oyunun ritminə komanda şəklində uyğunlaşmağa çalışdıq. Komandamı təbrik edirəm. Artırmağa potensialımız var. Ümid edirik ki, qarşıdakı oyunlarda daha da məzmunlu oynayacağıq".

- Qarşıdakı "Sabah" və "Qarabağ"la oyun var. İli yaxşı başa vura biləcəksiz?

- Qarşıdakı oyunlarda sırf bu iki oyunu vurğulamırıq. Ümumi çempionatın 3-4-cü dövrələri var. O etaplarda komanda daha yaxşısını etməlidir ki, uğura çataq. Ümumi fikir odur ki, komandanı oyundan-oyuna hazırlayaq. Qismətdə nə varsa, onu da yaşayacağıq.

- Uğurun sirri nədədir? 

- Öncəki işimdə də Asif Məmmədovun 38 yaşı var idi, amma meydanda gənclərlə eyni yükü alırdı. Futbolda cavan anlayışı keçmişdə qalıb. İndi elə yanaşmırlar. Təcrübəli oyunçularımız var. Amma biz də görürük ki, istədiyimiz limiti ala bilirik. Bütün futbolçular istəklidir, bu bizi sevindirir. Siz onları həftədə bir dəfə görürsüz, amma məşqlərdə də böyük işlər görürlər. 

- Sizə təcrübəlilərlə işləmək daha rahatdır?

- Prinsipimdə yoxdur ki, cavandır, yaşlıdır, əcnəbi və ya legionerdir. Hamı ilə işləməyə çalışırıq. Onlar bizə qarşılıq verirlər.

- Komandanı tonusda saxlamaq, arxayınlaşmaması üçün nə edirsiz?

- Kollektivdə elə futbolçular var ki, nəticələrə acdılar. Oyundan-oyuna düzgün yanaşırlar ki, qələbə qazansınlar. Yaxşı kollektiv formalaşıb. Bu seriyaya gəlib çıxıblarsa, təsadüf deyil.

- "Qarabağ"la aranızda fərq azdır. Psixoloji təzyiqdə sizsiz, yoxsa onlar?

- "Qarabağ" həmin təzyiqi çoxdan keçib. Oturuşmuş komandadır. İllər öncə həmin təzyiqdən çıxıblar. Sevindirici odur ki, futbolçularım iddialıdır. Sırf "Qarabağ"la mübarizə aparaq deyə prinsipimiz yoxdur. Qarşıdakı matçı düşünürük. Komandanın potensialı var. Hücum və artırma planında belədir. Getdikcə daha yaxşı olacağıq.

- Qarşıdakı turda "Sabah"la qarşılaşırsız. Onlarda baş məşqçi dəyişikliyi olub. Diqqətinizi nə çəkib? 

- "Sabah" da iddialı komandadır. Yuxarı yerlər uğrunda mübarizə aparırlar. Sadəcə "Səbail"lə oyunu düşünürdük. Artıq daha sonra o matçı düşünəcəyik.

- Benni əvəzlənəndə sanki narazı görünürdü. Bunu normal qəbul edirsiz?

- Normaldır. Tək Benni yox, bütün futbolçular oynamaq istəyir. Onların etirazını normal qarşılayıram. Futbolçu o istəyi göstərməlidir ki, daha artığını istəyir.

- Var arzu , var reallıq. Çempionluq arzudur, yoxsa reallıq?

- Elə sualdır ki, cavab vermək indidən mümkün deyil. Mən indiki durumda çempionluğu düşünmürəm. İki oyun qalıb. O iki oyunu düşünmək məcburiyyətindəyik. Daha çox qışdan sonra bizi nə gözləyir, oyun planı üzərində işləyirik. Sonrasını zaman göstərər.

- Qışda transfer edəcəksiz? Axtarışlar gedir?

- Ölkə daxilində hazırlıq keçəcəyik. İstirahət vaxtı da çox olmadığından Bakıda qalacağıq. Transferə gəldikdə, danışıqlara başlamamışıq. Oyunları qutaracağıq, rəhbərliklə danışacağıq və qarşıda bizi nə gözləyir görəcəyik.

Rahilin komandası növbəti dəfə məğlub oldu

Emreli oynadı, komandası məğlub oldu

AFFA rəsmiləri “Bağçalarda Futbol Dərsi” layihəsi çərçivəsində Türkan qəsəbəsində olublar

Dadaşov və Nəzərlinin komandasının rəqibi bəlli olub

Asim Xudiyev Konfrans Liqasına təyinat alıb

Seçilən
54
3
apasport.az

4Mənbələr