Demokrat.az “Wall Street” jurnalına istinadən xəbər verir ki, Əsədin ailə üzvləri Rusiyada məskunlaşıblar.
Məlumata görə, liderin xanımı və üç uşağı üsyançıların paytaxta doğru sürətlə irəliləməsinin ardınca ötən həftə Dəməşqdən Moskvaya yola düşüb.
O da qeyd edilib ki, ailəsi ölkədən çıxsa da Prezident hələ də Suriyadadır. KİV-də yayılan məlumata görə, Misir və İordaniya rəsmiləri Əsədi ölkəni tərk etməyə çağırıblar.
5Mənbələr