Bakı. Trend:
Bu gün İranın Şərqi Azərbaycan vilayətinin Təbriz şəhərindəyaşayış binasında partlayış baş verib.
Trend-in məlumatına görə,bunu Təbriz Yanğınsöndürmə İdarəsinin rəsmisi Əkbər Dəşti yerlimediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, baş verən partlayış nəticəsində indiyədək 4nəfər ölüb: "Hazırda binada axtarış-əməliyyat tədbirləri davametdirilir".
İdarə rəsmisi partlayışın hansı səbəbdən baş verdiyinə aydınlıqgətirməyib.
Faktla bağlı araşdırma aparılır.