AZ

Azərbaycan Sarayevodakı xeyriyyə yarmarkasında iştirak edib

Azərbaycanın Bosniya və Herseqovinadakı səfirliyi Sarayevoda keçirilən xeyriyyə yarmarkasında iştirak edib.

“İki sahil” xəbər verir ki, Diplomatik Qış Bazarı Birliyinin təşkilatçılığı ilə keçirilən yarmarkaya Azərbaycan səfirliyi də daxil olmaqla, ölkədə akkreditə olunan 40-dək diplomatik nümayəndəlik və beynəlxalq təşkilat, yerli və xarici şirkətlər, bir sıra təhsil müəssisələri qatılıb.

Azərbaycan stendində dövlət atributları nümayiş etdirilib. Səfirlik əməkdaşlarının xanımlarının hazırladıqları milli şirniyyatlar, çay və mürəbbələr, suvenirlər, kiçikölçülü xalçalar alıcılara təqdim olunub. Toplanan vəsait Bosniya və Herseqovinada Əlil Uşaqlar Evinə kömək məqsədilə Diplomatik Qış Bazarı Birliyinə ianə edilib.

Qeyd edək ki, ölkəmiz xeyriyyə yarmarkasına artıq üçüncü dəfə qoşulur.

Seçilən
67
ikisahil.az

1Mənbələr