22 yaşlı yutuber Storm De Beul qar fırtınası zamanı həyatını itirib.
Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, səyahətlərini YouTube-da paylaşan 22 yaşlı macəraçı Storm De Beul İsveçin Lapland bölgəsində gözlənilməz qar fırtınası zamanı dünyasını dəyişib.
Fırtına səbəbiylə -18 dərəcə kimi hiss edilən hava şəraitində o, təcili yardım çağırıb. Yardım qrupları dərhal gələ bilməyib və ertəsi gün helikopter göndərildikdə artıq çox gec olub.
22 yaşlı macəraçı nənəsinə son mesajında "Burada güclü qar yağıb. Amma narahat olma, sağ qalacağam, bilirsən" sözlərini deyib.
Fidan
Milli.Az