Bakı. Trend:
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin140-cı kitabı çapdan çıxıb.
“Bir nömrəli vəzifə hərbi gücümüzün artırılmasıdır. Baxmayaraqki, İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı arxadaqaldı, həm dünyada gedən proseslər, yeni münaqişə, müharibəocaqlarının yaradılması və ətrafımızda gərginliyin artması, həm dəeyni zamanda, Ermənistanda revanşizm meyilləri bizi bu sahəyə daimdiqqət göstərməyə vadar edir. Hərbi gücümüz olmasa, biz heç birmüstəvidə - nə iqtisadi, nə siyasi müstəvidə uğur qazana bilmərik.Hesab edirəm ki, müstəqil Azərbaycanın tarixi, o cümlədən 30 illikişğal bunu əyani şəkildə göstərir. Bizim hərbi imkanımız, gücümüzolmasaydı, heç vaxt torpaqlarımızı işğalçılardan azad edəbilməzdik. İndi dünyada nəinki siyasətlə məşğul olanlar, hesabedirəm ki, bütün insanlar görürlər ki, beynəlxalq hüquq anlayışıtamamilə sarsılıb. İkinci Dünya müharibəsindən sonra formalaşmıştəhlükəsizlik arxitekturası artıq mövcud deyil, “Kim güclüdür, o dahaqlıdır” prinsipi üstünlük təşkil edir və bəzi böyük dövlətlərbunu heç gizlətmirlər”.
Trend xəbər verir ki, “İlhamƏliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin çapdan yeni çıxmış140-cı kitabında yer alan bu fikirləri dövlətimizin başçısısentyabrın 23-də Yeddinci çağırış Azərbaycan Respublikası MilliMəclisinin ilk iclasında nitqi zamanı söyləyib. Oxucu AzərbaycanPrezidentinin nitqinin tam mətni ilə bu kitabda tanış olabilər.
Çoxcildliyin 140-cı kitabında toplanmış materiallar 2024-cü ilinsentyabr-oktyabr aylarını əhatə edir.
Yeni kitaba Prezident İlham Əliyevin Bakı Ekspo Mərkəzindəkeçirilmiş ADEX-2024 5-ci Yubiley Azərbaycan Beynəlxalq MüdafiəSərgisi və “Securex Caspian” 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik,Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisində iştirakına dairinformasiya daxil edilib. Oxucu bu kitabda dövlətimizin başçısınınİqtisadi məsələlərə həsr olunmuş müşavirədə, habelə Aşıq Ələsgərinabidəsinin açılış mərasimində çıxışlarının mətnləri ilə də tanışola bilər.
Prezident İlham Əliyev sentyabr ayında Ağdam rayonuna, Xankəndivə Şuşaya səfər edib, aparılan bərpa-quruculuq işləri ilə tanışolub, bir sıra müəssisələrin açılışında iştirak edib, eyni zamanda,yeni müəssisələrin təməlini qoyub. Dövlətimizin başçısı Xankəndişəhərində Qarabağ Universitetinin tələbə yataqxanasının və buuniversitetin təmirdən sonra açılış mərasimlərində iştirak edib,müəllim və tələbə heyəti ilə görüşüb. Şuşada isə dahi bəstəkarÜzeyir Hacıbəylinin ev-muzeyinin bərpadan sonra açılışında, ŞuşadaBayraq meydanının açılış mərasimində iştirak edib. Bütün bunlarhaqqında informasiyalar yeni kitabda verilib. Prezident oktyabrayında Zəngilana və Cəbrayıla səfər edib. Dövlətimizin başçısıCəbrayılda yaşayış kompleksinin açılış mərasimində iştirak edib vəyeni evlərə köçən şəhər sakinlərinə mənzillərin açarlarını təqdimedib. Bütün bunlar haqqında informasiyalar yeni kitabdaverilib.
Çoxcildliyin 140-cı kitabında Prezident İlham Əliyevin MoskvadaMDB Dövlət Başçıları Şurasının iclasında iştirakına və çıxışına,“Rossiya-1” televiziya kanalına müsahibəsinə, habelə XVI BRICSSammitinin “Outreach” / “BRICS+” formatında iştirak etmək üçünRusiya Federasiyasının Tatarıstan Respublikasına səfərinə və plenariclasda çıxışına dair materiallar da toplanıb.
Oxucu bu kitabda Azərbaycan Prezidentinin Xaricdə YaşayanAzərbaycanlı Alimlərin Forumunun iştirakçılarına, “İqlimdəyişikliyi və insan hüquqları: ombudsmanların və milli insanhüquqları təşkilatlarının rolu” mövzusunda Beynəlxalq BakıForumunun, Pre-COP29 tədbirinin və Azərbaycanda keçirilən digərbeynəlxalq tədbirlərin iştirakçılarına müraciətlərinin mətnləri ilədə tanış ola bilər.
“Azərnəşr” tərəfindən buraxılan 140-cı kitabın hazırlanmasındaAzərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.