AZ

Haaqada güclü partlayış: Dağıntılar altında 20-yə qədər insan ola bilər

Niderlandda, Haaqa şəhərində yaşayış binasında güclü partlayış baş verib. Dağıntılar altında onlarla insan ola bilər.

Bu barədə regional yanğınsöndürmə xidmətinin saytında məlumat verilib.

Bildirilir ki, üçmərtəbəli çoxmənzilli binada beş ikimərtəbəli mənzil dağılıb. Binanın birinci mərtəbəsində mağazalar olub. Həmçinin, partlayış dalğası nəticəsində bir neçə mənzildə pəncərələr sınıb.

Qeyd edilir ki, partlayışdan sonra yanğın baş verib, onun söndürülməsinə çalışılır.

Dağıntılar altından dörd nəfər çıxarılıb. Hadisə yerinə zəlzələ zamanı dağıntılar altında insanların axtarışı üzrə mütəxəssis qrupu gəlib, lakin yanğın söndürülənə qədər onlar işə başlaya bilmirlər. Ümumilikdə dağıntılar altında 20-yə qədər insanın ola biləcəyi istisna edilmir.

Hadisənin səbəbi hələlik məlum deyil.

Mənbə: oxu.az

Seçilən
48
1
oxu.az

2Mənbələr