AZ

Halil Atlı: “Bu matçdan dərs çıxarmalıyıq”

"Böyük fasiləyə kimi istədiyimiz şəkildə oynadıq, xallar yığdıq. Amma çox da top itirdik. Bundan da sanki rəqibə enerji ötürdük".

Apasport.az xəbər verir ki, bu sözləri “Gəncə” basketbol klubunun baş məşqçisi Halil Atlı deyib.

O, klubunun mətbuat xidmətinə açıqlamasında "Sumqayıt"a 79:85 hesabı ilə uduzduqları matçı şərh edib: “Rəqib oyunun sonuna kimi mübarizə apardı. Geri çəkilmədi. 22 dəfə topu rəqibə verdik. Oyunun sonunu gətirə bilmədik. İlk dövrəni tamamladıq, ikinci dövrə başlayacaq. Bu matçdan dərs çıxarmalıyıq, çatışmazlıqları aradan qaldırmalıyıq, hazırlaşmalıyıq".

Qeyd edək ki, bu, “Gəncə”nin mövsümdə ilk məğlubiyyəti olub.

ABL: “Sabah” liderliyini davam etdirir

“Gəncə”nin basketbolçusu: “Üzərimə düşəni etdim”

Efe Baykal: "Azərbaycan Basketbol Liqası sürətlə inkişaf edir" - Müsahibə

ABL: Liderlər qarşı-qarşıya

Milli komandalarımız Belarusa yollanıblar

Seçilən
18
1
apasport.az

2Mənbələr