Futzal üzrə Azərbaycan Yüksək Liqasında VI turun oyunları keçirilib.
90deqiqe.Az xəbər verir ki, günün ilk matçında "Araz-Naxçıvan" "Baku Fire" ilə qarşılaşıb.
Görüşdə qalib müəyyənləşməyib - 2:2.
İkinci görüşdə "Neftçi" İK "Şuşa" ilə üz-üzə gəlib və rəqibinə dörd cavabsız qolla qalib gəlib.
Sonuncu oyunda isə U-19 "Yasamal Bakı"ya şans verməyib - 6:3.
Bu nəticədən sonra xallarının sayını 16-ya çatdıran "Baku Fire" komandasının liderliyi davam edir. "Neftçi" İK 15 xalla ikinci, "Araz-Naxçıvan" 10 xalla üçüncü sıradadır. Dördüncü yerdəki "Şuşa"nın və beşinci pillədəki U-19-un 6 xalı var. Bütün görüşlərdə uduzan "Yasamal Bakı" sonuncudur.