Avropa ölkələri ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampla Ukraynaya birgə siyasət yanaşması ilə bağlı razılığa gələ bilərlər.
Sfera.az xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolts bildirib.
Kansler Deutschlandfunk radiostansiyasına müsahibəsində deyib: "Mən əminəm ki, biz Ukrayna ilə bağlı birgə strategiya hazırlaya biləcəyik. Mən artıq ABŞ-nin yeni seçilmiş prezidenti ilə telefonla ətraflı danışmışam və biz onun komandası ilə təhlükəsizlik siyasəti məsələləri üzrə birbaşa dialoq aparırıq".