Almaniya Bundesliqasında 13-cü turun oyunları keçirilir.
hakimiyyet.az xəbər verir ki, lider "Bavariya" autsayderlər qrupunda qərarlaşan "Haydenhaym"ı sınağa çəkib.
Münhendə baş tutan oyunda "Bavariya" 4:2 hesabı ilə qalib gəlib. Meydan sahiblərinin heyətində Camal Musiala dublla yadda qalıb.
Bu nəticədən sonra Vinsent Kompaninin yetirmələri 33 xalla turnir cədvəlinə başçılıq edirlər. "Haydenhaym" isə 10 xalla 16-cıdır.