Tramp ABŞ-ı Suriyadakı vəziyyətə qarışmamağa çağırıb
“ABŞ Suriyadakı vəziyyətə qarışmamalıdır, bu Amerika müharibəsi deyil”.
Bu sözləri ABŞ-nın yeni seçilmiş prezidenti Donald Tramp qeyd edib.
"Suriya vəziyyət qarışıqdır. Amma o bizim dostumuz deyil və ABŞ heç nə etməməlidir. Bu, bizim müharibəmiz deyil, biz bu vəziyyətin öz-özünə həllinə imkan verməliyik. Biz qarışmamalıyıq", - deyə o, “Truth” hesabında yazıb.(APA)