Parisdə ABŞ-ın yeni prezidenti Donald Tramp və Gürcüstan prezidenti Salome Zurabişvili arasında görüş keçirilə bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə Britaniyanın “Daily Mail” nəşri yazıb.
Nəşrə əsasən, görüş Fransa prezidenti Emmanuel Makronun vasitəçiliyi ilə bu gün Notr-Dam kilsəsinin bərpadan sorna açılış mərasimində baş tuta bilər.
Qeyd edək ki, S.Zurabişvili Fransada səfərdədir. O, artıq ukraynalı həmkarı Volodimir Zelenski ilə görüş keçirib.
Gürcüstanın hakim “Gürcü Arzusu” partiyası ümid edir ki, D.Trampın prezident seçilməsi ölkənin Qərblə münasibətlərini yaxşılaşdıracaq və Avropa ilə dialoqu bərpa etməyə kömək edəcək.
Müəllif: Cəmilə Babayeva