AZ

Qazaxıstan prezidenti BMT-də islahata ehtiyacı olduğunu bildirib

Bakı. Trend:

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Birləşmiş MillətlərTəşkilatının (BMT) alternativinin olmadığını, lakin islahataehtiyacı olduğunu bəyan edib.

Trend xəbər verirki, Tokayev bu fikirləri Qətərin paytaxtı Dohada keçirilən DohaForumunda moderatorun suallarını cavablandırarkən bildirib.

O vurğulayıb ki, “BMT universal bir təşkilat kimi bəşəriyyətüçün tamamilə zəruridir. Lakin təəssüf ki, böyük güclər qlobaldünyanı daha təhlükəsiz edə bilmədilər. İndiki reallıqlar isə birçox ölkələri, o cümlədən Qazaxıstanı çox narahat edir. Ona görə dəBMT-də islahatlar aparılmalıdır.”

Tokayev həmçinin qeyd edib ki, böyük dövlətlər arasındakörpülərin qurulması vacibdir. Bu körpülərin olmaması BMTTəhlükəsizlik Şurasını çıxılmaz vəziyyətə salıb:

“Qazaxıstan da daxil olmaqla, orta dövlətlər həm regional, həmdə qlobal səviyyədə sülh və təhlükəsizliyin təşviqində çox mühümrol oynaya bilər.”

Seçilən
63
9
az.trend.az

10Mənbələr