Suriya ordusunun mindən çox əsgəri İraq ərazisinə keçib.
KONKRET.az xəbər verir ki, bu barədə İraqın İNA agentliyi məlumat yayıb.
Bildirilib ki, döyüşçülər Əl-Qaim sərhəd keçid məntəqəsindən daxil olublar. Onlara lazımi köməklik göstərilib.
Qeyd edək ki, dekabrın 4-dən etibarən Suriyada vəziyyət gərgindir. Bəzi məlumatlara görə, etirazçılar artıq paytaxt Dəməşqə yaxınlaşırlar.
KONKRET.az