Əməkdar artisti Bəhram Bağırzadə ona verilən hədiyyəni izləyiciləri ilə bölüşüb.
Milli.Az axşam.az-a istinadən bildirir ki, aktyor bildirib ki, ona hədiyyə olunan topun hazırda 70 yaşı var və üzərində bir çox tanınmış futbolçunun imzası yer alıb.
"Keçmiş futbol azerkeşi kimi bu gün çox xoşbəxtəm. Ona görə ki, bu gün mənə belə gözəl top hədiyyə edilib. Bu topun təqribən 50 yaşı var. Mənimlə yaşıddır. Üzərində Rəşid Özbəyovun, Anatoli Banişevskinin, Əli Rəhmanovun, Səməd Qurbanovun imzaları var. Bu mənim kolleksiyamda nömrə bir əşya olacaq. Təqribən 1974 -cü il, "Neftçi" deyə, Bağırzadə qeyd edib.
Milli.Az