Dəməşqin ətrafında olduqca güclü təhlükəsizlik çəmbəri yaratmışıq.
Xalqcebhesi.az xəbər verir ki, bunu Suriya daxili işlər naziri, general Məhəmməd Xalid ər-Rahman deyib.
“Heç bir qüvvə bu çəmbəri keçə bilməz”, - nazir bildirib.
Qeyd edək ki, Suriyada silahlı müxalifətin noyabrın 27-də Bəşər Əsəd rejiminə qarşı başlatdığı əməliyyatda irəliləyiş davam edir. Bir neçə gün ərzində kritik şəhərləri tutmağı bacaran müxalifət paytaxt Dəməşqə çatıb. Artıq silahlı müxalif qruplar cənubdan Dəməşqə daxil olmağa başlayıb.