AZ

Pambıq lifinin ixracından gəlirimiz bir ildə 64 milyon dollar artıb

Bu ilin yanvar-oktyabr ayları ərzində ölkədən 161,4 milyon ABŞ dolları dəyərində 107,7 min tondan çox pambıq lifi ixrac edilib.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2023-cü ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə dəyər ifadəsində təqribən 63,9 faiz və ya 62,96 milyon dollar, həcm baxımından isə 2 dəfəyədək və ya 53,1 min ton çoxdur.

Cari ilin ilk 10 ayında bu kateqoriyadan olan məhsulların ümumi ixracda xüsusi çəkisi 0,71 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 5,75 faizə bərabər olub ki, bu da ötən ili göstəricilərini müvafiq olaraq 0,37 və 2,12 faiz bəndi üstələyir.

Seçilən
18
1
valyuta.az

2Mənbələr