AZ

Fon der Lyayenə qarşı məhkəmə iddiasına min nəfər qoşulub: Korrupsiyada ittiham edilir

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenə qarşı məhkəmə iddiası iştirakçılarının sayı min nəfərə çatıb.
Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, o, 35 milyard avrodan çox dəyərində sınaqdan keçirilməmiş COVID-19 peyvəndlərinin alınması ilə bağlı korrupsiyada ittiham edilir.
Bu iddianın təşəbbüskarı, belçikalı lobbiçi Frederik Baldan Lyejdə keçirdiyi mətbuat konfransında iş barədə məlumat verib. İddiaçılar arasında Macarıstan və Polşa hökumətləri, ictimai təşkilatlar, o cümlədən həkimlər və digər şəxslər də var.
Qeyd edək ki, iddiada söhbət güclü yan təsirləri olan "Pfizer" peyvəndindən gedir.
Seçilən
85
50
oxu.az

10Mənbələr