Şirvanda 26 yaşlı qadın dəm qazından boğularaq ölüb.
Redaktor.az xəbər verir ki, Şirvan sakini, 1998-ci il təvəllüdlü Məlikova Sərvinaz Mübariz qızı vanna otağında olarkən dəm qazından boğularaq ölüb.
Meyit müayinə olunmaq üçün Şirvan Məhkəmə tibbi ekspertiza və pataloji anatomiya bölməsinə yerləşdirlib.
Faktla bağlı araşdırma aparılır (APA)