AZ

Pentaqon Ukraynaya görə “SpaceX” ilə müqavilələr İMZALADI

Pentaqon Ukraynanın Amerika kəşfiyyatı tərəfindən yaradılan “Starshield” peyk şəbəkəsinə çıxışını genişləndirmək üçün İlon Maskın “SpaceX” şirkətilə müqavilələr imzalayıb.
 
Bu barədə “Bloomberg” məlumat yayıb.
 
Yeni müqavilələrə əsasən, Starlink peyk sisteminin daha təhlükəsiz və hərbi yönümlü versiyası olan Starshield sisteminə giriş Ukraynadakı 2500 Starlink terminalına açıq olacaq.
 
Qeyd olunub ki, iki müqavilə Donald Tramp prezident seçkilərində qalib gəlməzdən əvvəl, avqust ayında imzalanıb. Yeni müqavilələrin dəyəri açıqlanmır, lakin “Starshield” sisteminə 500 “Starlink” terminalına giriş açan əvvəlki sövdələşmənin məbləği təxminən 40 milyon dollar təşkil edib.//Report
Seçilən
14
13
moderator.az

10Mənbələr