AZ

“Suriya 13 ildir arzuladığı sülh və əmin-amanlığa qovuşmalıdır”, R.T.Ərdoğan

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qonşu ölkə Suriyanın 13 ildir arzuladığı sülh və əmin-amanlığı qazanacağına ümid etdiklərini bildirib.

  Həm də Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sədri R.T.Ərdoğan AK Partiyanın Qaziantepdə keçirilən VIII Növbəti Qurultayında çıxışında deyib: “Xüsusilə insanlığın və qardaşlığın sınandığı Suriya böhranında qaziantepliləri vicdanlı mövqelərinə görə təbrik edirəm. 13 ildir məzlumları ləyaqətlə qorudunuz, qardaşlıq qanununa əməl etdiniz”.

  Türkiyə dövlət başçısı Suriyadakı hadisələrə də toxunaraq bunları söyləyib: “Görünür, İdlibdə mülki vətəndaşlara qarşı artan hücumlar dəvənin belini qıran saman kimi son hadisələri tətikləyib. Türkiyənin heç bir ölkənin ərazisində gözü yoxdur. Arzumuz qonşumuz Suriyanın 13 ildir həsrətində olduğu sülh və sülh mühitinə tez bir zamanda çatmasıdır.

  Suriyanın insanlığa qarşı bir çox faciələrə, qırğınlara və rüsvayçılığa şahidlik etdi. Artıq yetər, torpaqları təhlükəsiz olmalıdır.

  Təbii ki, Türkiyə olaraq öz milli əmin-amanlığımıza və mənafeyimizə təhlükə yaradacaq heç bir hərəkətə də icazə verməyəcəyik. Bütün məsul şəxslər və beynəlxalq təşkilatlar dəstək verərsə, bunun bölgəmizə və Suriyanın ərazi bütövlüyünün qorunmasına faydası dəyər”.



Seçilən
34
23
trt.net.tr

10Mənbələr