AZ

Az miqdarda alkoqolun ölümcül ola biləcəyi xəstəliklər - Xəbərdarlıq

Bəzi xəstəliklər və tibbi vəziyyətlərdə hətta az miqdarda alkoqol qəbul etmək ciddi nəticələrə, hətta ölümə səbəb ola bilər. Belə hallarda alkoqolun tamamilə uzaq tutulması vacibdir.

Moderator.az-ın məlumatına görə, milli.az xəbər verir ki, bu vəziyyətlərə aşağıdakılar daxildir:

Qaraciyər xəstəlikləri

Siroz və hepatit: Qaraciyər artıq alkoqolu emal edə bilmir. Hətta az doza qaraciyərin tamamilə sıradan çıxmasına səbəb ola bilər.Yağlı qaraciyər xəstəliyi: Alkoqol qaraciyərdə iltihabı artırır və vəziyyəti daha da ağırlaşdırır.

Mədə-bağırsaq problemləri

Mədə xorası və qastrit: Alkoqol mədə turşusunu artıraraq xoraları dərinləşdirə və qanaxmaya səbəb ola bilər.

Pankreatit:

Alkoqol pankreasda iltihabı artıraraq həyati təhlükə yarada bilər.Ürək-damar xəstəlikləriKardiomiopatiya: Alkoqol ürək əzələsini zəiflədir və ürək çatışmazlığı riskini artırır.

Aritmiya: Az miqdar alkoqol belə ürək ritmini poza bilər, bu da ciddi nəticələr doğura bilər.Psixi sağlamlıq və sinir sistemi xəstəlikləri

Epilepsiya:

Alkoqol qıcolma riskini artırır, bu isə bəzi hallarda ölümcül ola bilər.

Depressiya və intihar riski:

Alkoqol emosional vəziyyəti ağırlaşdıraraq riskli davranışlara səbəb ola bilər.

Hamiləlik

Hətta az doza alkoqol dölün inkişafını zədələyə və ciddi doğuş qüsurlarına səbəb ola bilər (Fetal Alkol Sindromu).

Alkoqol ilə dərmanların qarşılıqlı təsiri

Dərman müalicəsi alanlar:

Alkoqol bəzi dərmanlarla birləşdikdə toksik təsir yarada bilər. Məsələn, ağrıkəsicilər, antibiotiklər və ya antikoaqulyantlarla qəbul ölümcül təsirlərə səbəb ola bilər.Bu cür hallarda alkoqoldan tamamilə uzaq durmaq həyat üçün kritik əhəmiyyət kəsb edir. Əgər tibbi vəziyyətinizlə bağlı sualınız varsa, mütləq həkimə müraciət edin.

Seçilən
22
10
moderator.az

10Mənbələr