Gürcüstan Prezidenti Salome Zurabişvili Fransanın paytaxtı Parisdə ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampla görüşməsi diqqət çəkib.
Milli.Az xəbər verir ki, görüş əsnasında Trampın laqeyd münasibəti və ona uzanan əli tərəddüdlə sıxması birmənalı qarşılanmayıb.
Həmin anda Zurabişvilinin ingiliscə "Gürcüstan" deməsi sosial şəbəkənin Gürcüstan seqmentində Trampın gürcü həmkarını tanımaması kimi təqdim edilib.
İddia edilir ki, salamlaşmaq məqamında Zurabişvili Trampın onu tanımadığını başa düşərək "Gürcüstan prezidentiyəm" ifadəsini işlədib. /Globalinfo.az
Həmin anları təqdim edirik:
Milli.Az