AZ

Suriyada Prezident sarayı yandırıldı, Əsədin evi qarət edildi -DƏMƏŞQDƏ KOMENDANT SAATI TƏTBİQ OLUNDU

Bəşər Əsədin Dəməşqdəki Prezident sarayı yanır.

 

Bu barədə "Bild" nəşri məlumat yayıb.

 

Məlumata görə, sarayın qəbul zalı yandırılıb.

  

Başqa bir məlumatda isə Bəşər Əsədin Dəməşqdəki dəbdəbəli evinin müxalifət qüvvələrinin hakimiyyəti ələ keçirməsindən sonra qarət edildiyi bildirilib. 

 

İsrailin “Times of Israel” nəşri evin qarət olunması anının görüntülərini də yayıb.

Nəhayət, Suriyadakı müxalifət Dəməşqdə komendant saatının başladığını elan edib.

 

"Hərbi komandanlıq Dəməşqdə yerli vaxtla saat 16:00-dan növbəti gün səhər saat 05:00-a qədər (Bakı vaxtı ilə 17:00-06:00) komendant saatı tətbiq edir", - deyə “Al Watan”  qəzeti yazıb. 

Komendant saatının nə vaxta qədər davam edəcəyi müəyyən edilməyib.

Seçilən
51
40
senzor.az

10Mənbələr