Demokrat.az xəbər verir ki, bu barədə “Nyu-York Times” qəzeti məlumat yayıb.
Tapılan dərmanlar arasında həkimlərin yuxusuzluq və psixi pozğunluqları müalicə etmək üçün təyin etdiyi benzodiazepin preparatları da var.
Bundan başqa, sarayda Əsədin tərcümeyi-halı və Rusiya Silahlı Qüvvələrinin tarixindən bəhs edən müxtəlif kitablar da tapılıb.
Xatırladaq ki, bu il dekabrın 8-də Suriyada müxalif qruplar paytaxt Dəməşqi ələ keçirərək, Bəşər Əsədi hakimiyyətdən deviriblər. Daha sonra Bəşər Əsəd Rusiyaya qaçaraq, oradan sığınacaq alıb.
Əfsanə Kamal
Demokrat.az