Gürcüstanda mitinqlərdə üzləri maska və digər geyim əşyaları ilə örtmək qadağan ediləcək.
TASS bildirir ki, bu barədə ölkənin Baş naziri İrakli Kobaxidze açıqlama verib.
Bildirilib ki, Gürcüstan parlamenti bu hərəkəti qadağan edən qanun qəbul edəcək. Kobaxidze izah edib ki, bu yolla aksiyalar zamanı zorakılığın qarşısını almaq mümkün olacaq.