"Formula-1" üzrə Əbu-Dabi Qran-prisinin qalibi müəyyənləşib...
"McLaren" komandasının britaniyalı pilotu Lando Norris birinci yeri tutub.
"Ferrari"dən Karlos Sayns ikinci olub. Onun komanda yoldaşı Şarl Lekler isə üçlüyü tamamlayıb.
Eyni zamanda, Britaniyanın "McLaren" komandası "Formula-1" avtomobil yarışlarının 2024-cü il mövsümünün Konstruktorlar Kubokunun qalibi olub.
"McLaren" mövsümün yekununda 666 xal toplayıb, ikinci yeri tutan "Ferrari"nin aktivində 652 xal var, üçüncü yeri "Red Bull" tutub (589). "McLaren" "Formula-1"in komanda yarışlarını doqquzuncu dəfə və 1998-ci ildən bəri ilk dəfə olaraq qazanıb. Ferstappen çempionatı 437 xalla başa vurub, ikinci yeri Norris (374 xal), üçüncü yeri isə Lekler (356) tutub.
2025-ci il mövsümünün ilk mərhələsi martın 14-16-da Avstraliyada keçiriləcək.(oxu.az)
Poliqon.info