AZ

BMT Suriyadakı vəziyyətlə bağlı açıqlama verib

...Moskva Suriyadakı vəziyyəti və ölkədə hakimiyyəti yaraqlıların ələ keçirməsini diqqətlə izləyir.

SİArus saytlarına istinadən xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Dmitri Polyanski bildirib.

...Biz Nyu-Yorkda vəziyyəti diqqətlə izləyirik, nə baş verdiyi ilə bağlı təkcə bizim deyil, hamının çoxlu sualları var, biz onları yaxın günlərdə aydınlaşdıracağıq və vəziyyəti daha aydın başa düşəcəyik, o cümlədən BMT-nin köməyi ilə...

Bunu daimi nümayəndənin müavini bildirib

Bundan əvvəl Suriya Müxalifət və İnqilabçı Qüvvələrin Milli Koalisiyasının siyasi komitəsinin üzvü Ənəs əl-Abda Dəməşqi ələ keçirən qüvvələrin Rusiya ilə yaxşı münasibətlərə ümid etdiyini bildirib. Onun sözlərinə görə, hər iki tərəfin ümumi maraqları var.

Bundan əlavə, RİA Novosti agentliyi mənbələrə istinadən qeyd edib ki, Suriyadakı silahlı müxalifət artıq Rusiya ilə əlaqə yaradıb və daimi əlaqə kanalı formalaşdırıb.

Əli Babayev

Seçilən
36
sia.az

1Mənbələr