Şimali Atlantika Alyansının şərq cinahında üzv ölkələrdə yerləşən batalyonları kritik vəziyyətdə briqada səviyyəsinə qədər artırılacaq.Gununsesi.info-nun məlumatına görə, bunu BNS-ə müsahibəsində NATO Hərbi Komitəsinin rəhbəri, admiral Rob Bauer deyib.Qeyd edilir ki, 2022-ci ildə Madriddə NATO-nun sammitində şərq cinahda səkkiz batalyon səviyyəsində döyüş qrupunun yerləşdirilməsi qərara alınıb, ehtiyac yaranacağı təqdirdə onlar briqada səviyyəsinə qədər artırıla bilər.Admiral xatırladıb ki, NATO-ya üzv ölkələrin bəziləri batalyonların gücləndirilməsi istiqamətində təlimlər həyata keçiriblər.Litva ilk olaraq ərazisində müttəfiq briqadasının daimi yerləşəcəyi NATO üzvü olmaq niyyətindədir.Gununsesi.info
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta