AZ

Tiflisdə etirazçılar parlament binasına fişəng atıblar

Gürcüstanın paytaxtı Tiflisdə hökumət əleyhinə keçirilən etiraz aksiyasının gərginliyi artır. Rustaveli prospektində davam edən aksiyanın iştirakçıları parlament binasına fişəng atıblar.

Musavat.com xəbər verirki, hadisə nəticəsində əlavə toqquşmalar baş verməsə də, polis və etirazçılar arasında vəziyyətin gərgin qalması müşahidə olunub. Aksiyanın iştirakçılarının böyük bir hissəsi parlamentin qarşısında toplaşıb və ölkədəki siyasi qərarlarla razılaşmadıqlarını ifadə ediblər.

Etiraz aksiyaları artıq 11-ci gündür Rustaveli prospektində davam edir. Aksiyalarda hökumətin qərarları və siyasi fəaliyyətləri əsasən tənqid olunur.

Polisin etirazçılara qarşı sərt tədbirlərdən çəkinməsi, hadisələrin qarşısının alınmasında daha çox dialoq yolu ilə yanaşma sərgilənməsi ilə əlaqələndirilir. Aksiyaların nə qədər davam edəcəyi isə hələlik bilinmir. 

 

Musavat.com

Seçilən
21
5
musavat.com

6Mənbələr