"Liverpul" hücumçusu Məhəmməd Salahla yeni müqavilə imzalamağa yaxındır.
Bizim.Media xəbər verir ki, bu barədə "Mirror" məlumat yayıb. Mersisayd klubunun gələn ilin yayında müqaviləsi başa çatacaq misirli futbolçu ilə razılığa gəldiyi bildirilib.
Xəbərdə qeyd olunub ki, PSJ-nin transfer etmək istədiyi futbolçunun meneceri "Liverpul"la danışıqlar zamanı klubla 3 illik müqavilə imzalanmasını istəyib. "Liverpul" isə əvvəlcə 1 illik sözləşmə təklif edib. Daha sonra isə tərəflər 2 illik müqaviləyə razılaşıblar.
Qeyd edək ki, 2017-ci ildən "Liverpul"da çıxış edən 32 yaşlı futbolçu bu mövsüm ümumilikdə 21 oyunda 15 qol vurub, 12 qol ötürməsi edib.
Rəşad Rafiqoğlu, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta