AZ

Sumqayıtdakı partlayışda xəsarət alan yeniyetmə öldü

Sumqayıtdakı partlayış zamanı xəsarət alan şəxslərdən daha biri ölüb.

Qaynarinfo "Report”a istinadən xəbər verir ki, partlayış zamanı xəsarət alan 2007-ci il təvəllüdlü Ayxan Əliyev xəstəxanada dünyasını dəyişib.

Bununla da partlayışda ölənlərin sayı ikiyə çatıb.

A.Əliyevin bacısı 2010-cu il təvəllüdlü Familə Əliyevanın müalicəsi davam etdirilir.

Qeyd edək ki, dekabrın 7-də Ayxan Əliyevin atası, 1977-ci il təvəllüdlü Ramin Əliyev xəstəxanada vəfat edib.

Faktla bağlı araşdırma aparılır.
Seçilən
33
48
qaynarinfo.az

10Mənbələr