AZ

"Kurtlar Vadisi"ndəki Suriya səhnəsi yenidən gündəmdədir

Suriyada 61 illik Baas rejimi və 54 illik Əsəd ailəsi dövrü 12 gündə başa çatıb. Müxalifət Dəməşqə doğru irəlilədikdən sonra Bəşər Əsəd ailəsi ilə birlikdə Rusiyaya qaçıb.

2003-cü ildə yayımlanan “Kurtlar Vadisi” serialından bir səhnə Əsəd hakimiyyətinin devrilməsindən sonra yenidən gündəmə gəlib. 2003-cü ildə yayımlanan “Kurtlar Vadisi” serialının bu bölümündə Suriyada baş verən son hadisələrlə əlaqədar olaraq, Ömər Baba və Dəli Hikmət obrazlarının dialoqu sosial mediada yayılıb.


Səhnədə Ömər Baba ilə üzbəüz oturan Dəli Hikmət Suriya haqqında bunları deyir:

"Sonra Suriyadır, Ömər Baba. Qəzetlərin yazmadıqlarını sizə deyim. Bu müharibə planlarının arxasında İsrailin əli var. Baxın, görəcəksiniz. Suriyaya ya bomba, ya da çubuqla adamlar gətiriləcək. Əsəd hazırdır. O nə etməlidir? Bütün İraq 20 günə tamamlandı. And içirəm ki, Suriya beş günə bitəcək. Suriya bilmir ki, bütün bunların arxasında İsrail dayanır? Məgər bilmir ki, yazıq Fələstinin işi yavaş-yavaş bitəcək? Ömər Baba, bu müharibədən ən çox İsrail faydalanacaq. İraq nefti boru kəməri ilə İsraildən keçir. İsrail də puldan üstünə pul qazanacaq. Onun əzəli düşməni İrana İraqla eyni münasibət göstərilir. İraq üçə bölünsə, İran beşə bölünəcək”.

Günel Məlikzadə


Seçilən
46
news24.az

1Mənbələr