AZ

Beynəlxalq Parlament Konfransının iştirakçıları Xankəndidə

“Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransının iştirakçıları Azərbaycanın tarixi torpağı olan Xankəndi şəhərinə səfər ediblər.

Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Cebheinfo.az"-a verilən məlumta görə, nümayəndə heyətinin Azərbaycanın qədim yaşayış məntəqəsi ilə tanışlığı şəhərin zəfər meydanından başlayıb. 

Xankəndi şəhərində, Xocalı və Ağdərə rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusufov onlara şəhərin tarixi, işğal dövründəki vəziyyəti və hazırda aparılan quruculuq işləri barədə məlumat verib.

Bildirilib ki, 35 ilə yaxın işğal dövründə Xankəndi şəhərindəki tarixi binalar erməni vandalizminə məruz qalıb. 

Yaxın zamanlarda Xankəndi şəhərindən olan keçmiş məcburi köçkünlər öz doğma torpaqlarına qayıdacaq.

Daha sonra nümayəndə heyəti Qarabağ Universitetində olublar. Universitetin rektoru Şahin Bayramov qonaqlara universitet barədə ətraflı məlumat verib. Beynəlxalq Parlament Konfransının iştirakçıları universitetdə yaradılan şəraitlə yaxından tanış olublar.

Nümayəndə heyəti sonra Xocalı rayonuna yola düşüb.

"Cebheinfo.az"

Seçilən
26
cebheinfo.az

1Mənbələr