Olaylar.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı rəsmi sosial media hesabından Suriyadakı fəaliyyətləri ilə bağlı açıqlama verib.
Açıqlamada Suriyanın mərkəzi bölgələrində İŞİD-ə aid olduğu məlum olan ərazilərə hava zərbələri endirildiyi bildirilib.
ABŞ Hərbi Hava Qüvvələrinə aid müxtəlif təyyarələr vasitəsilə 75-dən çox hədəfin vurulduğu, hücumlarla bağlı zərər qiymətləndirmə işlərinin davam etdiyi və mülki itkilərin olmadığı bildirilib. (Milli.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31