AZ

Alma, armud və heyva ixracı Azərbaycana 60 milyon dollar qazandırıb

Azərbaycandan xarici ölkələrə alma, armud və heyva ixracında artım davam edir.

Kənd Təsərrüfatı Nazirliyindən FED.az-a verilən məlumata görə, 2024-cü ilin yanvar-noyabr aylarında ölkəmizdən xarici bazarlara 94 min 526.3 ton alma, armud və heyva ixrac olunub.

Məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,2% çoxdur.

Azərbaycandan alma, armud və heyva ixracının ümumi dəyəri 59 milyon 994 min 600 dollar təşkil edib. Bu meyvələrin ixracında ötən ilin yanvar-noyabr ayı ilə müqayisədə 2.8% daha çox gəlir əldə olunub.

Alma,Alma,
Seçilən
12
1
fed.az

5Mənbələr