AZ

7 aylıq Muradın yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var

7 aylıq Muradın yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.

Bu barədə hakimiyyet.az-a onun anası Soltan Hacıyeva məlumat verib.

O bildirib ki, övladı çaydanın partlaması səbəbindən ağır yanıq xəsarətləri alıb:

"Murad bu ilin may ayında dünyaya gəlib. O, oktyabrın 30-da çaydanın partlaması nəticəsində ağır yanıq xəsarətləri alıb. Həmin gün onu Bakıda yerləşən xəstəxanalardan birinə gətirdik. Orada müalicələr alsa da, hazırda evə çıxmışıq".

Gənc ana övladının müalicəsi üçün yardımsevər şəxslərə müraciət edib:

"Muradın aylıq müalicəsi üçün bizim hazırda 600 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm".

Ailə ilə əlaqə: (070) 501-86-68.

Uni Bank: 5243 7544 1862 8101.

Seçilən
64
3
hakimiyyet.az

10Mənbələr