AZ

Tramp: Ukrayna münaqişəsinin həlli üçün yeni konsepsiya hazırlayıram- ÖZƏL

Olaylar.az xəbər verir ki, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp, Ukrayna münaqişəsinin həllinə dair yeni konsepsiya üzərində işlədiyini bəyan edib. Bu barədə "New York Post" məlumat yayıb.

"Mən Ukrayna münaqişəsinə son qoymağın yolunu tapmaq üçün konsepsiya hazırlayıram," - deyə Tramp bildirib. O, Ukrayna münaqişəsini "nonsens" adlandırıb.

Xatırladaq ki, Tramp seçki kampaniyası zamanı prezident seçiləcəyi təqdirdə Ukrayna münaqişəsini 24 saat ərzində həll edəcəyini vəd etmişdi. O, dəfələrlə vurğulamışdı ki, əgər o, prezident olsaydı, münaqişə heç vaxt başlamazdı.

Bundan əvvəl Tramp, Rusiya lideri Vladimir Putinə Ukrayna münaqişəsi fonunda hərəkətə keçməyi tövsiyə etmiş və Çinin bu prosesdə kömək edə biləcəyini bildirmişdi. Tramp həmçinin Vladimir Zelenskinin danışıqlara başlamağa hazır olduğunu qeyd etmişdi.

Kremlin sözçüsü Dmitri Peskov isə Trampın açıqlamalarına cavab olaraq, Rusiyanın sülh danışıqlarına açıq olduğunu bəyan etmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
25
olaylar.az

1Mənbələr