AZ

TƏCİLİ: İsrail ordusu bu əraziləri ələ keçirdi

İsrail ordusu Suriyada Əsəd rejiminin devrilməsindən sonra İsraillə Suriya arasında bufer zonada yerləşən Hermon dağının Suriya tərəfini ələ keçirib.

Turkustan.az xəbər verir ki,İsrailin baş naziri Benyamin Netanyahu Suriyada Baas rejiminin devrilməsi ilə 1974-cü ildə imzalanan və işğal altındakı Qolan təpələrində bufer zona və silahsızlaşdırılmış zonanın sərhədlərini müəyyən edən "Qüvvələrin Çıxarılması Müqaviləsi"nin çökdüyünü iddia edib. İsrailin intensiv hücumu ilə bağlı açıqlama verən hərbi sözçüsü bunun Suriyada Yom Kippur müharibəsindən sonra ən sıx hücum olduğunu bildirib. İsrail Suriya ərazisində 100 hədəfə hava zərbələri endirib.

Baş nazir Netanyahu işğal altındakı Qolan təpələrindəki Bental dağına səfəri zamanı bildirib ki, dünən İsrail ordusuna Qolan təpələrindəki bufer zonanı "ələ keçirməyi" əmr edib:

"Dünən İsrail ordusuna bufer zonanı və yaxınlıqdakı komanda məntəqələrini ələ keçirməyi tapşırmışdım. Heç bir düşmən qüvvələrinin sərhədlərimizə yerləşməsinə icazə verməyəcəyik".

Aytən Yaşar/ Turkustan.az

Seçilən
34
15
turkustan.az

10Mənbələr