AZ

Anqolanın gənclər və idman nazirinin müavini BANM-də olub – FOTO

Anqolanın gənclər və idman nazirinin müavini Paulo Rodriqes da Silva və İnfrastruktur departamentinin müdiri Elizabet Kailo SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) olublar.

BANM-dən Doğru.az-a bildirilib ki, görüşdə rektor Elmar Qasımov təhsil müəssisəsinin güclü maddi-texniki bazasını və beynəlxalq əlaqələrini vurğulayıb. Rektor ali məktəbdə Konqo, Nigeriya, Sudan və digər Afrika ölkələrindən tələbələrin təhsil aldığını vurğulayıb.

Görüşdə gələcəkdə Anqoladan da tələbələrin təhsil almasının mümkünlüyü müzakirə edilib. Həmçinin Anqolada BANM məzunlarının çalışdıqları diqqətə çatdırılıb.

Paulo Rodriqes da Silva isə çıxışında Azərbaycan ilə təhsil sahəsindəki əməkdaşlığın inkişafını yüksək qiymətləndirərək bu əlaqələrin gələcəkdə daha da möhkəmlənəcəyinə ümid etdiyini bildirib.

Sonda kampusu gəzən qonaqlar yüksək texnoloji laboratoriyalar, tam təchiz edilmiş müasir auditoriyalar və idman kompleksi ilə tanış olublar.

DOĞRU.AZ

image-17337252483211645803_1200x630 image-17337252482279627799_1200x630 image-17337252481457819541_1200x630 image-17337252483415730267_1200x630 image-17337252483465541220_1200x630 image-17337252486331821308_1200x630 image-17337252481314456310_1200x630

Seçilən
18
3
dogru.az

4Mənbələr