AZ

Bakıda Sibel Canın möhtəşəm konserti keçirilib

Türkiyənin məşhur müğənnisi Sibel Can növbəti dəfə paytaxtımızın qonağı olub.Missiya.Az-a verilən xəbərə görə, sevilən səs sənətçisi bu dəfə Bakı Konqres Mərkəzində sevənləri ilə görüşüb.Sibel Can Azərbaycanı ikinci vətəni adlandırıb: “Yenidən burda olduğum üçün çox xoşbəxtəm. Məni bugün tək qoymadığınıza görə sizə ayrıca təşəkkür edirəm. Yaxşı ki, varsınız”.Müğənni konsert proqramında köhnə və yeni mahnılarını ifa etməklə yanaşı, Azərbaycan mahnılarını da oxuyub. Müğənni səhnədə rəqsləri ilə də diqqət çəkib. O demək olar ki, dinamik mahnıların hər birində ayrı-ayrı rəqslər edib. Sibel Can konsertin sonunda Azərbaycan və Türkiyənin iki qardaş ölkə olduğunu və burada çıxış etməkdən hər zaman xoşbəxt və məmnunluğunu dilə gətirib.Qeyd edək ki, konsertin təşkilatçısı “Anadolu Events” şirkəti idi.

Zərintac Mayisqızı Missiya.Az 

Seçilən
23
12
missiya.az

10Mənbələr