Kəşmir məsələsində Yeni Dehlini dəstəkləyən Suriyanın keçmiş prezidenti Bəşər Əsədin istefası İslam dünyasında Hindistana zərbə olacaq.
Missiya.Az xəbər verir ki, bu barədə Hindistanın “The Economic Times” qəzeti yazı dərc edib.
"Əsəd rejiminin devrilməsi və ekstremist qüvvələrin güclənməsi İslam dünyasında Hindistana zərbədir. Suriya Əsədin dövründə Kəşmir məsələsində, o cümlədən İslam Əməkdaşlıq Təşkilatında (İƏT) həmişə Hindistanın mövqeyini dəstəkləyib. Bu dəyişiklik Hindistan dövləti üçün təhlükə yaradır”, - deyə vurğulanıb.
Qeyd olunub ki, Suriya Pakistanla məhdud əlaqələri saxlayır və Hindistanla çoxtərəfli platformalar da daxil olmaqla daha sıx siyasi əlaqələri inkişaf etdirir.
Bildirilir ki, İslamabad Əsəd dövründə Kəşmir məsələsində Suriyadan kifayət qədər dəstək almayıb.
Daşqın HəsənovMissiya.Az