Daha bir yolda piyadaların rahat gediş-gəlişi təmin olunub.
Sfera.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Məlumatda qeyd olunub ki, Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən paytaxtın Yasamal rayonu, Nəriman Nərimanov prospektində (Mərkəzi Parkın yaxınlığı) yeni nəsil düyməli piyada svetoforları quraşdırılaraq piyadaların istifadəsinə verilib.
Bununla da həm yaxınlıqda yaşayan sakinlər, həm də Mərkəzi Parka gələn vətəndaşlar keçiddən rahat şəkildə istifadə edə bilirlər.
Firuzə Əliyeva
Sfera.az