AZ

XİN rəhbəri: İsrail ordusunun Suriya ərazisində mövcudluğu müvəqqətidir

"İsrail Müdafiə Qüvvələrinin Suriya ərazisində mövcudluğu müvəqqətidir".

APA "Reuters"ə istinadən xəbər verir ki, bu barədə İsrail xarici işlər naziri Gideon Saar mətbuat konfransında deyib.

O bildirib ki, İsrail qüvvələrinin Suriya ərazisindəki mövcudluğu Bəşər Əsədin devrilməsi ilə yaranan qarışıqlıq dövründə İsrailin təhlükəsizliyini təmin etmək məqsədi daşıyan məhdud, müvəqqəti bir addımdır.

"Bizim yeganə marağımız İsrailin təhlükəsizliyidir", - deyə XİN rəhbəri qeyd edib.

phrase_var_article.chosen
34
2
apa.az

3phrase_var_article.sources